XİN rəhbərlərinin görüşü üçtərəfli formatda davam edir – YENİLƏNİB

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü üçtərəfli formatda davam edir.

Globalinfo.az xəbər verir ki, bu gün Berlində danışıqlardan sonra Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov, Ermənistan XİN rəhbəri Ararat Mirzoyan və Almaniya XİN rəhbəri Annalena Berbok arasında üçtərəfli formatda davam edir.

***13:52

Azərbaycan və Ermənistan XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyan sülh müqaviləsi layihəsində ətrafında müzakirələr aparacaqlar.

Məlumata əsasən, nazirlərin görüşü Almaniya XİN-in Borsiq villasında keçirilir.

***13:23

Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlində görüşü başlayıb.

Globalinfo.az bildirir ki, görüş “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş”in müzakirəsi istiqamətində keçirilir.

***10:55

Bu gün Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşəcək.

Globalinfo.az xəbər verir ki, görüş Berlində baş tutacaq.

Ceyhun Bayramov və Ararat Mirzoyan arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçiriləcək.