Xalq artisti Murad Dadaşovun oğlunun toyudur.
Globalinfo.az xəbər verir ki, tədbirin əsas müğənnisi Əməkdar artist Xəyyam Nisanov, gecənin aparıcıları isə Tural Əsədovla Leyla Quliyevadır.
Toyda bir sıra məşhurlar, o cümlədən Jah Khalib də səhnə alıb.
***16:51
“Xəzər” Media Mərkəzinin (Xəzər TV) baş direktoru, Xalq artisti Murad Dadaşovun ailəsində xeyir iş olacaq.
Globalinfo.az bildirir ki, Bakupost.az-ın əldə etdiyi məlumata görə, sənətçinin oğlu Kamalın toyu bu gün baş tutacaq.
Mərasim “Buta Palace” şadlıq sarayında keçiriləcək.
Qeyd edək ki, toy bir müddət əvvəl baş tutmalı idi, lakin Murad Dadaşovun yaxın dostu Cabir İmanovun qəfil vəfatı səbəbindən təxirə salınmışdı.