Bəxtiyar Hacıyev həbsdə qaldı – YENİLƏNİB

Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri dəyişdirilməyib.

Globalinfo.az bildirir ki, bu barədə onun vəkili Aqil Layıc məlumat yayıb.

***11:20

Bu gün dekabrın 9-da həbs olunmuş siyasi fəal Bəxtiyar Hacıyevin apellyasiya şikayətinə baxılacaq.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şikayət üzrə məhkəmə prosesi bu gün saat 15:00-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək. B.Hacıyevin vəkili Aqil Layıc müvəkkili barəsində seçilən həbs qətimkan dəyişdirilməsini və Bəxtiyarın ev dustaqlığına buraxılmasını xahiş edib.

Qeyd edək ki, B.Hacıyev xuliqanlıq və  məhkəməyə hörmətsizlikdə ittiham olunur. Onun barəsində Bakı Şəhər Baş Polis İdarəsində cinayət işi başlanıb və Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Hacıyevin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə həbs olunduğu bildirilir.