“Bu fürsət qaçırılmamalıdır” – Ərdoğandan mesaj

AA 20250512 37929014 37929011 CUMHURBASKANI ERDOGAN KABINE TOPLANTISI SONRASI ACIKLAMA YAPTI scaled
Ukraynada hərtərəfli atəşkəsin elan edilməsi sülh danışıqlarının başlanması üçün zəruri şərait yaradacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı bildirib.

Prezident Ərdoğan Rusiya və Ukraynanın birbaşa danışıqları bərpa etməyə çalışmasının son dərəcə vacib olduğunu qeyd edib və bu prosesin hər mərhələsində Türkiyənin zəruri dəstəyi göstərməyə hazır olduğunu vurğulayıb. O, Rusiya və Ukrayna nümayəndə heyətlərini sülh danışıqları üçün Türkiyədə qəbul etməkdən məmnun olacağını bildirib. Ərdoğan, həmçinin, hərtərəfli atəşkəsin sülh prosesinin başlanması üçün zəruri zəmin yaradacağını və bu fürsətin əldən verilməməli olduğunu söyləyib.

Aysel Əliyeva
Globalinfo.az