Avropa Komissiyası 2030-cu ilə qədər Rusiyadan nüvə yanacağı tədarükündən tamamilə imtina etməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
“Lakin nüvə yanacağı tədarük zəncirlərinin yenidən qurulması üçün 241 milyard dollar sərmayə qoyulmalıdır. Avropa İttifaqı (Aİ) ölkələri hazırda Qazaxıstan, Kanada və Nigerdən uran alır”, – deyə bildirilib.
Əliyar Xəlil
Globalinfo.az