Ermənistan suverenliyini itirə bilər – Slutski

“Qərb İrəvanı Ukraynanın yolu ilə aparır”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

O bildirib ki, Ermənistan-ABŞ-Aİ formatı inkişaf etdikcə bu, daha aydın görünür.

“Kiyevin uğursuzluqları fonunda Vaşinqton və Brüssel yeni anti-Rusiya meydançası axtarır. Görünür, Qərb bu planını həyata keçirmək üçün əvvəlcə Moldovanı, sonra isə Ermənistanı öz təsir zonasına çevirməyə çalışır. Amma Ermənistan hakimiyyəti başa düşmür ki, Qərbin vəd etdiyi dəstək və yardım Rusiyanı zəiflətmək planından başqa bir şey deyil. Bütün bunlar isə Ermənistan xalqının milli maraqları və Cənubi Qafqazda sabitliyin pozulması bahasına başa gəlir. Eyni zamanda, Qərbin bu cür “yardımı” ölkənin suverenliyinin itirilməsi, vətəndaş müharibələri, iqtisadi böhranlar və humanitar fəlakətlərlə nəticələnir. Bəs görəsən, Ermənistan vətəndaşları ölkədə Ukrayna ssenarisinin təkrarlanmasını istəyirlərmi?”, – Slutski vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az