almaniya abas ordusu

“Şimal axını”nda baş verən partlayışlar ABŞ-ın Almaniyaya hücumudur”.

Globalinfo.az xəbər verir ki, bunu amerikalı teleaparıcı Taker Karlson jurnalist Mett Taibbi ilə söhbətində deyib.

O bildirib ki, “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlar ABŞ-ın Almaniyaya hücumu olub.

“Bu, bir NATO qüvvəsinin öz müttəfiqinə hücumu idi. Hücum Almaniya iqtisadiyyatını artıq məhv edib. Bu, həm də  Avropa İttifaqı və NATO-nu məhv edəcək”, – Karlson vurğulayıb.

Xatırladaq ki, “Şimal axını”nda partlayışlar 26 sentyabr 2022-ci ildə baş verib. 2023-cü ilin 8 fevral tarixində isə amerikalı jurnalist Seymur Herş ABŞ-ın bu  təxribatlarda əli olduğunu bildirən məqalə dərc edib.

Müşviq Tofiqoğlu
Globalinfo.az  

 

Paylaş: