Səsvermə sisteminə hücum bu iki ölkədən edilib – Kovalev

“Moskvanın onlayn səsvermə sisteminə hücumların əksəriyyəti ABŞ və Böyük Britaniyadan edilib”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Seçkiləri Müşahidə üzrə İctimai Qərargahın rəhbəri Vadim Kovalev deyib.

O bildirib ki, hücumlar xüsusilə botnet şəbəkələrindən istifadə etməklə həyata keçirilir.

“Bu, bizim sistemimizə edilən ilk hücumlar deyil. Biz görürük ki, hücumların edildiyi serverlərin əksəriyyəti ABŞ və Böyük Britaniyada yerləşir. Amma bizim sistemimiz etibarlı şəkildə qorunur. Rusiyadakı seçkilərə müdaxiləyə cəhd edənlər buna nail ola bilməyəcəklər. İctimai qərargah olaraq bütün prosesləri izləyirik”, – Kovalev vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az