Daha 3 ölkə hava məkanını bağlayır – XƏBƏRDARLIQ

“İordaniya, Suriya və İraq da hava məkanını müvəqqəti bağlayacaq”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Al Jazeera” telekanalı məlumat yayıb.

Məlumata görə, İordaniyanın Mülki Aviasiya Tənzimləmə Təşkilatı ölkənin mülki aviasiya uçuşlarının təhlükəsizliyini təmin etmək məqsədilə yerli vaxtla saat 11:00-dan etibarən hava məkanını bağlayacağını açıqlayıb.

Media İraq və Suriyanın hava məkanını bağlamaq planları haqda da məlumat yayıb.

İordaniyada hava hərəkəti GPS müdaxiləsi nəticəsində kəsilib və bu, təyyarələri alternativ sistemlərdən istifadə etməyə məcbur edir.

İordaniya Telekommunikasiya Tənzimləmə Təşkilatı GPS sistemlərinə müdaxiləni dayandırmağı iki qonşu ölkənin müvafiq orqanlarından xahiş etdiyini və cavab gözlədiyini bildirib.

İordaniya, İraq, Küveyt, Suriya və Livanda zəif işləyən GPS sistemləri səbəbindən mülki hava nəqliyyatında fasilələr yaranıb.

Əliyar Xəlil
Globalinfo.az