Britaniyanın “Pollux” tankeri raketlə vuruldu

Qırmızı dənizdə Böyük Britaniyanın “Pollux” tankeri raketlə vurulub.

Globalinfo.az xəbər verir ki, bu barədə Yəmənin üsyançı “Ənsar Allah” (husilər) hərəkatının nümayəndəsi Yəhya Sari bildirib.

Onun sözlərinə görə, zərbə dəqiq və dağıdıcı olub:

“Yəmən donanması Qırmızı dənizdə Böyük Britaniyanın “Polux” neft tankerinə qarşı əməliyyat keçirərək, çoxlu sayda gəmi əleyhinə raketlərlə zərbələr endirib”, – deyə Sari telekanala müsahibəsində qeyd edib.