Britaniyadan İrana MESAJ: “Əlimizdən gələni edəcəyik”

“Yəmənə hava hücumları İran üçün bir mesajdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron deyib.

O, Qırmızı dənizdə Husilərin hücumlarına son qoymaq üçün Britaniyanın əlindən gələni edəcəyini vurğulayıb. Britaniyalı nazir Yəmənə hava hücumlarının İran üçün çox aydın siqnal olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, İranın dəstəklədiyi Husilər Böyük Britaniya və ABŞ-ın Yəməndəki hərbi bazalara hava zərbələrinin qisasının alınacağına söz veriblər. NATO sözçüsü isə İranın öz tərəfdaşlarını cilovlamaq üçün məsuliyyət daşıdığını xatırladıb.

Əliyar Xəlil,

Globalinfo.az