Britaniyadan COP29-la bağlı açıqlama: “Həlledici məqamdır”

47cf914d f15e 3ecc 98b7 cd9632b94e67 850

Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov Londonda Britaniya Kralı Üçüncü Çarlzın patronajı altında təşkil edilən COP29 qabağı beynəlxalq iqlim fəaliyyətinin gücləndirilməsinə həsr olunmuş konfransda Azərbaycanı təmsil edib.

Bu barədə Globalinfo.aza Azərbaycanın Londondakı səfirliyindən bildirilib.

Biznes liderləri, səfirlər, sənaye liderləri və COP Troykasına daxil olan Azərbaycan, BƏƏ və Braziliyadan rəsmilərin qoşulduğu tədbirə Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband, Britaniyanın inkişaf məsələləri üzrə naziri Anneliese Dods və ətraf mühit naziri Stiv Rid həmsədrlik ediblər.

Konfrans zamanı alternativ enerjiyə keçidin maliyyələşməsinə həsr olunmuş müzakirələrdə çıxış edən maliyyə naziri Samir Şərifov dünyada karbon emissiyalarının azaldılması üçün yaşıl enerji keçidinin vacibliyinə toxunaraq, Azərbaycanda keçiriləcək COP29 tədbirinin beynəlxalq iqlim maliyyələşməsi barədə razılığın əldə olunması və ümumilikdə iqlim fəaliyyətinin irəli aparılması baxımından oıduqca vacib məqam olduğunu deyib. Nazir bildirib ki, Azərbaycan tədbirin uğurla nəticələnməsi üçün əlindən gələni etməkdədir.

Britaniyanın enerji təhlükəsizliyi və sıfır emissiya naziri Ed Miliband çıxışında COP29-un həlledici əhəmiyyətini vurğulayaraq ölkəsinin Bakıda keçiriləcək tədbirdə yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacağını və iqlim maliyyəsinin razılaşdırılması istiqamətində aparıcı rol oynayacağını qeyd edib.

Daha sonra Britaniya Kralı Üçüncü Çarlz tədbir iştirakçılarının şərəfinə Bukingem Sarayında ziyafət verib.Həmin ziyafətə Britaniyanın xarici işlər naziri Devid Lammi də qatılıb.

Ziyafət əsnasında maliyyə naziri Samir Şərifov Beynəlxalq dayanıqlılıq və iqlim fəaliyyəti məsələsini hər zaman diqqətdə saxlayan Britaniya Kralı Üçüncü Çarlz ilə də qısa söhbət aparıb. Nazir Samir Şərifov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Britaniya Kralına çatdırıb. Öz növbəsində Kral Üçüncü Çarlz minnətdarlıq edərək onun da salamlarının Azərbaycan Prezidentinə çatdırılmasını xahiş edib. Söhbətin davamında Britaniya Kralı COP29-un vacib əhəmiyyətini vurğulayaraq tədbirin uğurla keçməsini arzu etdiyini deyib.

Tədbirin sonunda qəbul edilən yekun sənəddə qlobal biznes və sənaye liderləri ölkəmizdə keçiriləcək COP29-a dəstək ifadə edib.

c2dfec4e 5209 3e69 9afa 147c76a3bfe6c2dfec4e 5209 3e69 9afa 147c76a3bfe6Konfrans barədə Britaniya hökumətinin rəsmi internet səhifəsində məlumat yayılıb. Məlumatda Britaniya hökumətinin COP29-da aktiv iştirak etməsinə hazırlıqların getdiyi qeyd edilib