BRİKS ölkələrinin liderləri Kazanda keçirilən sammitin yekun bəyannaməsini qəbul ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.
Onun sözlərinə görə, BRİKS sammitinin yekun bəyannaməsində dünyada vəziyyətin ümumi qiymətləndirmələri və uzunmüddətli perspektivdə hədəflər yer alıb.
Rusiya dövlət başçısı qeyd edib ki, bu sənədin BMT-də yayılması planlaşdırılır.
X X X
Tatarıstanın paytaxtı Kazan şəhərində BRİKS-in XVI sammitinin geniş tərkibdə iclası keçirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, iclası Rusiya prezidenti Vladimir Putin giriş sözü ilə açıb.
O, çıxışında bildirib ki, BRİKS ölkələrinin əksəriyyətinin ortamüddətli perspektivdə inkişaf tempi daha sürətli olacaq:
“2024-cü ilin sonunda BRİKS ölkələrinin dünya iqtisadiyyatındakı payı 36,7% təşkil edəcək ki, bu da G7 ölkələrinin payını inamla üstələyir. BRİKS ölkələri məsuliyyətli iqtisadi siyasətdə dayanıqlılıq nümayiş etdirirlər”.
Putin Qlobal Cənub və Şərq ölkələrini resurslarla təmin etməyə kömək edəcək yeni BRİKS investisiya platformasının yaradılmasını təklif edib.
Rusiya prezidenti bundan əlavə, taxıl birjasının yaradılmasını, Ümumdünya Ticarət Təşkilatının məsələləri üzrə BRİKS ölkələrinin məsləhətləşmələri üçün xüsusi mexanizmin işə salınmasını da təklif edib.
Onun sözlərinə görə, BRİKS taxıl birjasının yaradılması milli bazarları mənfi xarici təsirlərdən, spekulyasiyalardan və qıtlıq yaratmaq cəhdlərindən qorumağa kömək edəcək.
Putin təklif edib ki, gələcəkdə taxıl birjasını tam hüquqlu əmtəə birjasına çevirmək barədə düşünmək lazımdır:
” Rusiya qiymətli metallar və almazlar üçün ayrıca BRİKS platforması yaratmağı təklif edir. Bu, lazımsız ticarət maneələrini aradan qaldırmağa kömək edəcək”, – deyə Putin söyləyib.
***14:25
Rusiyanın Kazan şəhərində BRİKS sammitinin geniştərkibli iclası keçirilir.
Globalinfo.az bildirib ki, iclası açan Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, dünya ticarəti və ümumiyyətlə qlobal iqtisadiyyat əhəmiyyətli dəyişikliklərə məruz qalır.
“Müsbət tərəfi odur ki, işgüzar fəaliyyətin mərkəzi tədricən inkişaf etməkdə olan bazarlara doğru yönəlir. Çoxqütblü model formalaşır ki, bu da ilk növbədə Qlobal Cənub və Şərq ölkələri və təbii ki, BRICS dövlətləri hesabına yeni bir artım dalğasını başladır”, – deyə V.Putin bildirib.
***12:16
Kazan şəhərində BRİKS-in XVI sammiti fəaliyyətə başlayıb.
Globalinfo.az xəbər verir ki, BRİKS liderlərinin məhdud tərkibdə iclası keçirilir.
İclasda Rusiya Prezidenti Vladimir Putin çıxış edib.
O, BRİKS-in məhdud tərkibdə iclasında maliyyə əməkdaşlığının dərinləşdirilməsi, birliyin effektivliyi saxlanılmaqla genişləndirilməsini müzakirə etməyi təklif edib.
Eləcə də Putin kəskin regional münaqişələrin nizamlanmasının müzakirə olunacağını söyləyib.
