Braziliyada təyyarənin qəzaya uğraması nəticəsində 62 nəfər həlak olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Vineydu şəhərinin prefekturası məlumat yayıb.
Təyyarədə olan hər kəsin öldüyü bildirilib. Onlardan 58-i sərnişin, 4-ü ekipaj üzvü olub.
Qəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, daha öncə təyyarədə 68 nəfərin olduğu bildirilirdi.
***
Braziliyada sərnişin təyyarəsinin qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, içərisində 68 nəfərin olduğu təyyarənin ölkənin Vinhedo bölgəsində qəzaya uğradığı bildirilib.
“Voepass Linhas Aéreas” aviaşirkətinin məlumatına görə, bu, Kaskavel şəhərindən Quarulhosa uçan ATR-72 sərnişin təyyarəsidir.
Qəzanın təfərrüatı, həlak olanlar və yaralananlar barədə hələlik məlumat verilməyib.