Yaxın Şərqdə qalmış şəxslərlə əlaqə yaradıldı

11 saxlanılma məntəqəsində məhbusların saxlanılma şəraiti, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün 24 başçəkmə həyata keçirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin 2023-cü il yanvar-iyun aylarında əsas fəaliyyətlərinə dair məlumat sessiyasında qeyd olunub.

Məlumata əsasən, 13 Qızıl Xaç məktubu vasitəsilə Yaxın Şərqdə qalmağa məcbur olan şəxslərlə onların Azərbaycandakı qohumları arasında əlaqə yaradılıb.

Ayşən Mustafa
Globalinfo.az