Böyük Britaniya Belarusa sanksiya tətbiq edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Sanksiya Belarusda “saxtalaşdırılmış prezident seçkilərinə” cavab olaraq Belarus rəsmilərinə və müdafiə şirkətlərinə tətbiq edilib. Avropalı siyasətçilər seçkilərin azad və ədalətli keçmədiyini, müstəqil fəaliyyət göstərən KİV-in seçkiləri izləməsinə icazə verilmədiyini, bütün qabaqcıl müxalifətçilərin isə ya həbs edildiyini, ya da ölkədən qaçmağa məcbur olduqlarını deyirlər.
Avstraliya, Kanada, Aİ, Yeni Zelandiya və Böyük Britaniyanın birgə bəyanatında Belarusda keçirilən prezident seçkilərinin saxta olduğu və ölkədə insan haqlarının pozulduğu iddia edilir.
“Yeni sanksiyalar Lukaşenkonun məsuliyyətə cəlb edilməsi istiqamətində əlaqəli və çoxşaxəli səyləri əks etdirir”, – deyə bəyanatda qeyd olunur.
Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko və eləcə də Kreml iddiaları rədd edib.
Əliyar Xəlil