Böyük Britaniya və ABŞ Yəmənə yenidən zərbə endirdi

ABŞ və Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Yəmənin Hodeyda əyalətindəki hədəflərə hücum həyata keçirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yəmənin “Masirah” telekanalı xəbər yayıb.

“Amerika və Britaniya təyyarələri Əl-Salif ərazisinə hücum edib, aviazərbələr endiriblər. Tələfat və maddi ziyan barədə dəqiq məlumat yoxdur .”, – məlumatda bildirilib.

Qeyd edilib ki, 2024-cü ilin yanvar ayından etibarən Britaniya-ABŞ-ın nəqliyyat hədəflərini bombalaması nəticəsində ölənlərin sayı 73-ə çatıb.