Borrel açıqladı: Ukraynadan başqa ölkələrə də silah veriləcək

Avropa Birliyi Avropa Sülh Fondu vasitəsilə təkcə Ukraynaya deyil, digər tərəfdaş ölkələrə də silah tədarük etməyə hazırdır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bunu AB diplomatiyasının rəhbəri Jozep Borrell deyib.

“Biz yaxın aylarda afrikalı tərəfdaşlarımıza bu cür silahların çatdırılmasına başlamaq üçün çalışırıq”, – o bildirib.