Paşinyan yeni müharibənin əsasını qoyur – Boris Murazi

“Bəli, biz 2020-ci il müharibəsini uduzduq. Amma indi Paşinyanın etdiklərinin regionda sülhün bərqərar olması ilə heç bir əlaqəsi yoxdur”.

Globalinfo.az xəbər verir ki, bunu erməni jurnalist Boris Murazi deyib:

“Erməni xalqını yetim kimi təqdim edən Paşinyan davamlı alçaltma siyasəti ilə yalnız yeni müharibənin əsasını qoyur. Öz millətinə qarşı bu cür münasibət yolverilməzdir. Bu, sonsuza qədər belə davam edə bilməz”.

Erməni jurnalist əlavə edib ki, Paşinyanın siyasəti dəyişmədən regionda sülh də olmayacaq:

“Bir gün erməni xalqı partlayacaq. Sonra nə qurbanların sayı, nə də dağıntılar partlayışı dayandıra biləcək. Bir gün itirəcək heç nəyimiz qalmayacaq”, – deyə Murazi vurğulayıb .

Əliyar Xəlil
Globalinfo.az