İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-ı Yaxın Şərqdə yerləşən qoşunlarını regiondan çıxarmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
Nazir qeyd edib ki, İran silahlı qüvvələri heç bir hücum və ya təhdidi cavabsız qoymayacaq:
“Təhlükəsiz olmaq istəyirsinizsə, bölgəmizi tərk edin!”.
Əraqçi bildirib ki, regionda xarici hərbi mövcudluq ciddi risk yaradır və ən doğru yol bu qüvvələrin çıxarılmasıdır.
Əliyar Xəlil
Globalinfo.az