Bloger Sevinc Hüseynova jurnalist Səidə Bəkirqızını növbəti dəfə xüsusi ittiham qaydasında məhkəməyə verib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Unikal”a blogerin özü məlumat verib.
Onun sözlərinə görə, jurnalisti məhkəməyə verməyinin səbəbi sosial şəbəkələrdə onun şərəf və ləyaqətinin alçadılmasıdır.
Proses iyulun 29-da Sumqayıt şəhər Apellyasiya Məhkəməsində baş tutacaq.
Prosesə hakim Elman Əhmədov sədrlik edəcək.
Xatırladaq ki, bloger Sevinc Hüseynova jurnalist Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət edib.
Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə Hüseynova Sevinc Bağman qızının Bayramova Səidə Bəkir qızına qarşı xüsusi ittiham qaydasında verdiyi ərizəyə baxılıb.
Məhkəmə baxışının nəticəsi olaraq xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülməyib.