Blinkendən nazirlərin görüşü barədə açıqlama

“Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişinin əldə edilməsi, eləcə də ölkələr arasında münasibətlərin inkişafına kömək edə biləcək bir sıra digər mühüm məsələlərin həlli istiqamətində davam etdirilən vacib və gərgin işə görə minnətdarlığımı bildirirəm”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken deyib.

Blinken  qeyd edib ki  bölgədə sülhün əldə olunması istiqamətində daha da irəliləyirik:

“Bu ortaq məqsədə uyğun olaraq bəzi əlavə maddələrin razılaşmaya daxil edilməsi, eləcə də digər həll edilməmiş məsələlər üzrə mövqelərin dərinləşdirilməsi istiqamətində danışıqlar davam edir. Yekun razılığa gəlmək üçün danışıqlar davam edəcək”.

“Avropa İttifaqındakı həmkarlarımızın ev sahibliyi ilə bir neçə həftə sonra növbəti görüşün keçirilməsi gözlənilir.

Düşünürəm ki, biz nə qədər yaxınlaşsaq, razılaşmaya bir o qədər yaxınlaşacayıq. Bu səylərimizi önümüzdəki həftələrdə və aylarda davam etdirəcəyik”, – deyə Blinken bildirib.