Blinken Mahmud Abbasla görüşdü

ABŞ dövlət katibi Entoni Blinken İordaniyanın paytaxtı Ammanda Fələstin lideri Mahmud Abbasla görüşüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, görüş Blinkenin HAMAS hücumu ilə əlaqədar İsrailə səfərindən sonra baş tutub.

Qeyd olunub ki, bu, hazırkı böhranın başlamasından sonra ABŞ və Fələstinin ali rəsmisi arasında ilk təkbətək görüşdür.

Mahmud Abbas İordan çayının qərb hissəsinə, HAMAS isə Qəzza zolağına nəzarət edir. Tərəflər arasında dərin siyasi fikir ayrılıqlarının olduğu bildirilir.