Blinken Ermənistanla bağlı planı açdı

“ABŞ Azərbaycanla sülh şəraitində Ermənistanın tərəfdaşı olmaq istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Brüsseldə keçirilən Ermənistan-Aİ-ABŞ yüksək səviyyəli birgə görüşündən əvvəl jurnalistlərə açıqlamasında deyib.

Blinken bildirib ki, ABŞ Ermənistana yardımlarını davam etdirəcək:

“Birləşmiş Ştatlar Qarabağdan köçən ermənilərə dəstəyini davam etdirəcək. Bu, Ermənistanın uzunmüddətli sabitliyi üçün çox vacibdir. ABŞ Ermənistanı güclü ölkə kimi görmək istəyir. ABŞ Ermənistana 65 milyon dollardan çox dəstək verməyi planlaşdırır”.

Ayşən Mustafa
Globalinfo.az