Bizi Azərbaycanla baş-başa buraxıblar – Xaçatryan

“Nikol Paşinyanın tutduğu yol ATƏT-in Minsk qrupunun fəaliyyətinin uğursuz olması və müharibə ilə nəticələndi”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Parlamentinin “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan deyib.

Deputat bildirib ki, danışıqların formatında fərqlilik var:

“Ermənistan Rusiyanın təkliflərindən yararlanmaqdan imtina edir. Azərbaycan da Qərb masasında istədiyi hər şeyə nail olduğu üçün bu platforma ona görə əhəmiyyətini itirib.
ABŞ Bakı-İrəvan dialoqunu dəstəklədiyini deyir. Qısası, əllərini yuyub kənara çəkiliblər, deyirlər, get nə istəyirsən et, biz vasitəçi deyilik, zəmanət də vermirik.
Münhendə Almaniyanı masa gördük. Onlar Türkiyə ilə sıx əməkdaşlıq edirlər, yəni Almaniyanın iştirakı bizə heç nə verməyəcək. Paşinyandan fərqli olaraq Əliyev bütün platformalarda istədiyini ala bilir”.

Ayşən Mustafa
Globalonfo.az