Deyirdilər, sülhməramlılar çıxacaq, onlar gələcək – Manukyan

“Bizə deyirdilər ki, rus sülhməramlıları Qarabağdan çıxsa, Skandinaviya qoşunları əraziyə gələcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xüsusi təyinatlı səfiri Edmon Manukyan deyib.

O bildirib ki, vaxtilə bəzi rəsmi şəxslər rus əsgərlərinin skandinavlarla əvəz ediləcəyini deyirdi:

“Deyirdilər, skandinav əsgərləri Qarabağda yaşayan ermənilərin təhlükəsizliyini təmin edəcəklər. İndi o şəxslərə səslənirəm: ruslar gedir, skandinavlar necə gələcək? Bacarırsınızsa, Ermənistana köçənləri Qarabağa qaytarıb skandinavları gətirin. Gecə-gündüz rus qoşunlarının Qarabağdan çıxarılması, yerinə başqalarının gəlməsinin daha əlverişli olacağından danışırdılar. İndi həmin vədlərini necə həyata keçirəcəkləri maraqlıdır”.

Qeyd edək ki, Azərbaycan və Rusiya sülhməramlıların Qarabağdan çıxarılması prosesinə başlanıldığını təsdiqləyib.

Ayşən Mustafa
Globalinfo.az