“Biz bu müharibəni dayandırmaq istəyirik, amma Rusiya Prezidenti Vladimir Putin imtina edir”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
O, ABŞ Prezidenti Donald Trampın da müharibənin bitməsi üçün çalışdığını söyləyib:
“Avropalılar da bitməsini istəyirlər. Biz hər gün danışıqlar aparmaq, atəşkəs elan etmək üçün müzakirəyə çalışırıq, diplomatlarla əlaqə qururuq, lakin Putin bunu istəmir. Əsas problem də budur”.
Əliyar Xəlil
Globalinfo.az