Bitkoindən tarixi rekord: 93 min dolları ötdü

bitkoin12

Bitkoinin qiyməti növbəti dəfə artaraq 93 min dolları keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Binance” platformasında yayımlanan göstəricilərdə qeyd olunub.

Məlumata görə, kriptovalyutanın qiyməti tarixində ilk dəfə ən yüksək həddə qalxaraq 93 265 ABŞ dollarına çatıb və bu, bazarda yeni bir rekord kimi qeyd olunur.

Ekspertlər Bitkoinin qiymətinin yaxın gələcəkdə də artmaq ehtimalının yüksək olduğunu bildirir, bu da investorların marağını artırır.