Kritik məqamdır, bir səhv müharibəyə səbəb olacaq – Babayan

“Parlamentimiz ictimai rəyi əks etdirmir, yeni seçkilərə ehtiyac var”.

Globalinfo.az xəbər verir ki, bunu keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi” Samvel Babayan deyib.

“Hakimiyyət zəif olduğunu dərk edir və qorxduğu üçün yeni seçkilərə getmir. Lakin alternativimiz yoxdur. Tez bir zamanda yeni seçkilər keçirməliyik. Çünki cəmiyyətin hansı qüvvələrə inandığını v ə etibar etdiyini görməliyik. Məhz həmin qüvvələr hakimiyyətə gəlməli və ölkəni mövcud yollardan biri ilə aparmalıdır”, – Babayan bildirib.

“Ermənistanın bütün siyasi meydanları söyüşlər, yalanlar və populizmlə doludur. Ancaq indi siyasi proqramla cəmiyyətə özümüzü göstərməyin vaxtı çatıb. Siyasi sahə yenidən bölüşdürülməlidir. İstənilən partiyada sağlam qüvvələr var, lakin ciddiləşmək vaxtıdır. Çünki biz mühüm yol ayrıcındayıq, bir səhv bütün regionu müharibəyə sürükləyə bilər. İndi iqtidar da, müxalifət də öz məsuliyyətsiz qərarları ilə ölkəni müharibəyə aparır”, – deyə Babayan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az