aqil abbas yeni 1

“Büdcə məsələlərinin müzakirəsi zamanı qarşımızda çıxış edən nazirlər nə Norveçin, nə də Almaniyanın nazirləri idi. Böyük müharibədən çıxmış ölkənin nazirləri idi. Hesablayıblar ki, dövlətin nə qədər pulu var və hansı istiqamətdə xərclənməlidir. Qarabağa Böyük Qayıdış çərçivəsində bərpa quruculuq işləri görülür”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bugünkü planer iclasında deputat Aqil Abbas deyib.

Onun sözlərinə görə, Qarabağda tikilən şəhərlər “İlham Əliyev şəhərləri” adlanmalıdır:

“Ermənilər Qarabağa 800 milyard dollar zərər vurub. Bunun fəsadlarını aradan qaldırmaq üçün çalışmaq lazımdır. Burada cari məsələlərdən bəhs etməyək. Mənim də təmsil etdiyim ərazidə, qonşu kəndlərdə qaz, su yoxdur. Görüşəndə seçicilərə deyirəm ki, 30 il Qarabağsız, Ağdamsız yaşamısınız. O rayonların bərpası xatirinə bu gün qazsız, susuz qalmaq olar. Əsas odur, hər kəs öz tarixi torpaqlarına qayıda bilsin”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: