ABŞ dövlət katibi Marko Rubio gündəm olan geyimi ilə bağlı danışıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “France 24” məlumat yayıb.
Rubio Venesuelanın devrilmiş lideri Nikolas Maduro ilə əlaqələndirilən boz rəngli “Nike” idman kostyumu barədə bunları deyib:
“Geyim seçimi heç bir şüurlu mesaj daşımır. Əslində o, məni kopyalayıb, çünki bu geyimi ondan əvvəl almışam. Maduronun nə vaxt aldığını bilmirəm.
Həmin idman kostyumu çox rahatdır, ona görə geyinirəm. Heç bir mesaj vermək niyyətim yox idi. Fotoşəklin çəkilməsindən belə xəbərim yox idi”.
Qeyd edək ki, ötən gün ABŞ dövlət katibi Marko Rubionun Çinə səfəri zamanı seçdiyi geyim diqqət çəkmişdi. Belə ki, Ağ Evin kommunikasiya direktoru Stiven Çunq dövlət katibinin fotosunu paylaşmışdı. O, fotonun üzərinə “The Maduro Nike Tech”(Maduronun geyindiyi Nike Tech tərzi) şərhini əlavə etmişdi.
Çunq paylaşımda Rubionun geyindiyi idman dəstini daha əvvəl Venesuelanın sabiq prezidenti Nikolas Maduro ilə əlaqələndirmişdi.
Safura Bənnayeva
Globalinfo.az