
Binəqədi rayonunda yanğın olub.
Globalinfo.az xəbər verir ki, bu barədə FHN-in mətbuat xidmətindən bildirilib.
Bildirilib ki, Binəqədi rayonunda ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.