Biləsuvarda ferma ərazisində yanğın: tikili kül oldu

Biləsuvarda ferma ərazisində yanğın olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, Biləsuvar rayonunun Səmədabad kəndində ferma ərazisində ümumi sahəsi 50 kvadratmetr olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.