
Biləsuvar rayonunda baş verən yol qəzasında xəsarət alan şəxslərin kimliyi məlum olub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, onlar 1973-cü il təvəllüdlü Sabahəddin Abbasov, 1982-ci il təvəllüdlü Təbriz Əliyev, 1984-cü il təvəllüdlü Ramil Turabov, 1968-ci il təvəllüdlü Şücaət Quliyev və 1985-ci il təvəllüdlü Fəzail Abbasovdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
***
Biləsuvar rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə köhnə Bakı-Astara magistralında, Biləsuvar rayonunun Əsgərabad kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ 2115” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Baş verən qəzada 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.