Bəxtiyar Hacıyevin və yaxınlarının evində axtarış aparılır

 Siyasi-ictimai fəal Bəxtiyar Hacıyevin və onun yaxınlarının evində axtarış götürmə istintaq hərəkətləri aparılır.

Globalinfo.az xəbər verir ki, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb.

“Hal-hazırda Bəxtiyar Hacıyevin Bakı şəhərində yaşadığı evdə, Gəncə şəhərində olan ata evlərində, qardaşının evində, Bəxtiyarın və dostlarının evində və avtomobilində axtarış götürmə istintaq hərəkətləri aparılır, hətta telefonları da əllərindən alınıb”- E.Sadıqov deyib.

Məsələni dəqiqləşdirmək üçün əməkdaşımız B.Hacıyevin anası Solidə Hacıyeva ilə əlaqə saxlayıb. S.Hacıyeva xəbəri təsdiqləyib.

“Bəli, doğru xəbərdir. Hazırda bizdədirlər və evdə axtarış aparırlar”- ana bildirib.

X X X

Məsələ ilə bağlı DİN-dən Globalinfo.az-a bildirilib ki, Bəxtiyar Hacıyevin yaşadığı evdə axtarış aparılması cinayət işi üzrə istintaq hərəkətləri çərçivəsindədir və saxlanılan yoxdur.

Zaira Akifqızı
Globalinfo.az