Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat istefası barədə açıqlama verib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, Hasan Arat klub prezidentliyindən deyil, “Beşiktaş Futbol” AŞ. başqanlığından istefa verdiyini açıqlayıb.
O, bundan sonra klubun siyasətində olacağını deyib.
Hasan Arat bundan sonra “Beşiktaş Futbol” AŞ.-yə Hüseyin Yüsel, Mete Vardar, Feyyaz Uçar və Onur Göçmezin rəhbərlik edəcəyini açıqlayıb.
Qeyd edək ki, bundan əvvəl Hasan Aratın “Beşiktaş” Jimnastik Klubunun (BJK) prezidentliyindən istefa verdiyi barədə məlumat yayılmışdı.
***16:23
Türkiyənin “Beşiktaş” klubunun prezidenti Hasan Arat istefa verib.
Globalinfo.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Növbəti seçkiyə kimi onu Hüseyin Yücel əvəzləyəcək.