Əsəd ABŞ-ın yeni prezidentinin kimliyini açıqladı

“ABŞ-ın keçmiş prezidenti Donald Trampın noyabrda keçiriləcək seçkilərdə qalib gəlmək şansı çoxdur”. 

Globalinfo.az xəbər verir ki, bunu Suriya Prezidenti Bəşər Əsəd “Rossiya-1” telekanalında və “Solovyov Live” telekanalına eksklüziv müsahibəsində deyib.

Əsəd bildirib ki, kim seçilirsə seçilsin, bu, ölkənin siyasi kursuna təsir etməyəcək, çünki Amerika prezidentləri bir-birinə bənzəyir:

“Media və digər məlumatların təhlili Trampın qalib gələcəyini göstərir. Amma mən həmişə deyirəm ki, Amerika prezidentləri bir-birinə bənzəyir. Bayaq dediyim kimi, onlar sadəcə icraçı direktorlardır. Siyasəti dəyişdirəndə belə, seçkilərdə kimin qalib gəldiyinin pərdəsi arxasında həqiqətən kimin siyasəti apardığını bilmək lazımdır. Bu bir oyunçudur”.