Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Böyük Britaniyanın baş naziri Kir Starmerin istefasını zarafatla şərh edib.
Globalinfo.az xəbər verir ki, bu barədə o, “Telegram” kanalında paylaşım edib.
“Starmer istefa verir. Marqarita (RT-nin baş redaktoru Marqarita Simonyan), bəlkə yarımştat bir yer taparsınız? Amma ondan necə şərhçi olar ki…”, – deyə Zaxarova yazıb.
İyunun 22-də Kir Starmer bəyan edib ki, baş nazir və Leyboristlər Partiyasının lideri vəzifəsindən istefa vermək qərarı qəbul edib.
O, bu qərarını Kral III Çarlza çatdırdığını da bildirib.
Əliyar Xəlil
Globalinfo.az