Təyyarəni Ukrayna vurub! – Rusiya MN açıqladı

***15:53

Belqorodda düşən İl-76 təyyarəsini Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Liptsi qəsəbəsi ərazisindən vurublar.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik hərbi-nəqliyyat təyyarəsinin vurulmasını terror aktı kimi qiymətləndirib.

Rusiya Aerokosmik Qüvvələrinin radar avadanlığının iki Ukrayna raketinin buraxılışını müşahidə etdiyi bildirilib.

Qeyd edək ki, bir qədər əvvəl Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov İl-76 təyyarəsinin göyərtəsində olan 74 nəfərin hamısının öldüyünü açıqlayıb.

Ayşən Mustafa
Globalinfo.az