
Azərbaycanda vəfat edən bələdiyyə üzvünün kimliyi məlum olub.
Globalinfo.az bildirir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə 29 yanvarda keçirilən bələdiyyə seçkilərində Ağsu rayonun Gəgəli kənd bələdiyyəsinə üzv seçilən Qürbət Kərimov vəfat edib. Qürbət Kərimov seçkilərdə bütün namizədlərdən çox-717 səs toplayıb.
Yaxınlarının bildirdiyinə görə Qürbət Kərimov ürək xəstəliyindən əziyyət çəkirmiş: “1960-cı ildə Ağsu rayonunun Gəgəli kəndində doğulub. Çox arzulayırdı ki, yenə sədr seçilsin. Onun bir övladı da vəfat edib. Vəfat edən övladının uşağı onun himayəsinə idi. Övladının da xəstəliyi var idi. Seçkidən bir gün sonra dünyasını dəyişdi”.
Qeyd edək ki, Qürbət Kərimov 2014-2019-cu illərdə Gəgəli bələdiyyəsinin sədri vəzifəsində çalışmışdır.
***17:30
Yanvarın 29-da keçirilən bələdiyyə seçkilərinin yekun nəticələrinə əsasən 681 bələdiyyə tam tərkibdə formalaşıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında məlumat verilib.
Qeyd olunub ki, 90 saylı Ağsu seçki dairsənin Gərgiran bələdiyyəsinə üzv seçilən şəxs vəfat etdiyi üçün bir bələdiyyə tam formalaşdırıla bilməyib.