Belarusda tarixi səsvermə başladı – İlk dəfə

Belarusda parlamentin aşağı palatası və yerli şura deputatlarını seçəcək səsvermə bu gün saat 08:00-da başlayıb.

Globalinfo.az xəbər verir ki, ölkə tarixində ilk vahid səsvermə günündə Belarus Milli Məclisinin Nümayəndələr Palatasının 110 yeri uğrunda 263 namizəd mübarizə aparır.

Yerli şuraların 12 514 yeri uğrunda isə 18 802 namizəd yarışacaq.

Qeyd edək ki, sözügedən seçki 2022-ci ilin fevralında qəbul edilmiş konstitusiya əsasında keçirilir.