Bakı-Quba yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub – YENİLƏNİB

Bakı-Quba yolunda nəqliyyatın hərəkəti tam bərpa olunub.

Globalinfo.az-ın məlumatına görə, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) bildirilib.

***

22:57

Bakı-Quba yolunda tıxacın yaranması səbəbilə sürücü və sərnişinlərin yolda qaldığı barədə sosial şəbəkədə paylaşım edilib.

Globalinfo.az-ın məlumatına görə, artıq iki saatdan çoxdur ki, Bakı-Quba yolunda böyük tıxac yaranıb.

Tıxacın hansı səbəbdən yarandığı isə hələlik məlum deyil.

Globalinfo.az-ın ehtimalına görə, tıxac həftə sonları vətəndaşların ölkənin şimal bölgəsinə səfər etmələri səbəbindən ola bilər. Çox güman ki, bazar günü istirahətə gedən insanların Bakıya geri qayıtması yolda böyük sıxlıq və tıxac yaradıb.

***

BDYPİ Bakı-Quba yolunda tıxacla bağlı açıqlama yayıb.

İdarədən Globalinfo.az-a daxil olan açıqlamada deyilir k, həftəsonu dağlıq ərazilərə qar yağması ilə bağlı olaraq paytaxt sakinlərinin bir çoxu Quba-Qusar və İsmayıllı-Qəbələ istiqamətlərinə səfərlər edib və bu gün axşam saatlarında Bakıya qayıtmaları səbəbindən adı çəkilən yollarda müəyyən sıxlıq müşahidə edilib.

Hazırda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən əlavə qüvvələr də qeyd olunan ərazilərə cəlb edilib. Qısa müddətdə hərəkət tam bərpa ediləcək.

“Qeyd olunan yolda sıxlığın yaranma səbəbi nəqliyyat vasitələrinin çoxluğudur. Başqa hər hansı bir hadisə baş verməyib”, – açıqlamada bildirilir.