Bakı Dövlət Universitetinin (BDU) “BSU SSTCC” komandası “TEKNOFEST-2025 İstanbul” aerokosmik və texnologiya festivalında uğur qazanıb.

Globalinfo.az xəbər verir ki, dünyanın 96 ölkəsindən 565 776 komandanın iştirak etdiyi festivalda komanda “Əngəlsiz həyat texnologiyaları” kateqoriyası üzrə “NeuroScreen” layihəsi ilə birinci yerə layiq görülüb.

“NeuroScreen” layihəsinin məqsədi iflicli xəstələrin beyin siqnallarının oxunması və filtrlənməsi nəticəsində müxtəlif IoT əsaslı ağıllı ev texnologiyalarının, rəqəmsal vasitələrin və robot əsaslı orqanların idarəsinin təmini, xəstənin sağlamlıq vəziyyətinin anlıq monitorinqi və süni intellekt əsasında təyinidir.

WhatsApp Image 2025 09 21 at 21.20.04 3 WhatsApp Image 2025 09 21 at 21.20.04 2 WhatsApp Image 2025 09 21 at 21.20.04 1 WhatsApp Image 2025 09 21 at 21.20.05

Paylaş: