netanyahu 3 900x506 1

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) qarşı sanksiyalar tətbiq etməsini alqışlayıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

İsrailin Baş naziri BCM-ni “marionet tribunal” adlandırıb.

“Beynəlxalq Cinayət Məhkəməsi səlahiyyətdən sui-istifadəni beynəlxalq hüquq dili ilə ört-basdır edən, bununla da ədalət prinsiplərini sarsıdan marionet tribunala çevrilib. Donald Tramp administrasiyasının Beynəlxalq Cinayət Məhkəməsinin qanunsuz hərəkətlərinə qarşı yönəlmiş qətiyyətli səylərinə və BCM-ə rəhbərlik edən korrupsioner məmurların məsuliyyətə cəlb olunacağını açıq şəkildə bildirdiyinə görə dövlət katibi Marko Rubioya minnətdarlığımı bildirirəm”, – o yazıb.

Qeyd edək ki, daha əvvəl Ağ Ev administrasiyası Beynəlxalq Cinayət Məhkəməsinin iki nümayəndəsinə qarşı sanksiyalar tətbiq edib.

Paylaş: