Bayraqdardan təbrik mesajı: “İlk zəfərdir ki…”

Türkiyənin Baykar İdarə Heyətinin sədri Səlçuq Bayraqdar Azərbaycanın Qarabağ Zəfərinin 3-cü ildönümü ilə bağlı paylaşım edib.

Globalinfo.az xəbər verir ki, Bayraqdar bu haqda “X” sosial media hesabında yazıb.

““Bayraqdar” PUA-ları ilə qazanılan ilk zəfər kimi tarixə düşən Azərbaycan Zəfərini təbrik edir, şəhidlərimizi rəhmətlə yad edirəm. Çətin günlərdə bütün dünyaya göstərdiyimiz qardaşlığımızla hər zaman bir və bərabər olmağa davam edəcəyik”, – Bayraqdar qeyd edib.