mirzoyan ceyhun

ErmənistanAzərbaycan xarici işlər nazirləri bu ay Nyu-Yorkda görüşməyi planlaşdırırlar.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “Azadlıq Radiosu”nun erməni xidmətinin sualına cavab olaraq bildirib.

“Biz BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda görüşməyi planlaşdırırıq. Yekun razılaşma yoxdur, bu, qrafikdən asılıdır”, – Mirzoyan görüşün gündəliyini ətraflı izah etmədən deyib.

Qeyd edək ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də Nyu-Yorkda başlayıb.

İki ölkənin xarici işlər nazirləri arasında son görüş sentyabrın əvvəlində Bişkekdə Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində baş tutub. Görüşdən sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Mirzoyanla bir sıra məsələlər barədə fikir mübadiləsi apardıqlarını və yaxın gələcəkdə yenidən görüşəcəklərini bildirib.

Paylaş: