Bayrağımızı təhqir edən ermənilərə bu cəza verilməli idi – Hüquqşünas

“Erməni futbolçuların bayrağımıza qarşı etdiyi hərəkət təhqir məzmunlu olduğu üçün onlar cərimə oluna və ya 1 ilə qədər azadlıqdan məhrum edilə bilərlər”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında vəkil Mehman Muradlı Azərbaycan bayrağını təhqir etdikləri üçün “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanılan 3 erməni haqda danışarkən deyib.

Mehman Muradlı

M.Muradlı deyib ki, dövlətimiz onlara qarşı humanist addım atıb:

“Cinayət Məcəlləsinin 324-cü maddəsində qeyd olunur ki, “Azərbaycan Respublikasının dövlət bayrağı və ya dövlət gerbi barədə təhqiredici hərəkətlər etdikdə 2 ilədək müddətdə azadlığın məhdudlaşdırılması və 1 ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır”. Sadəcə, dediyim kimi, Azərbaycan dövləti humanist davranıb”.

Zaira Akifqızı
Globalinfo.az