Bayden yenə də təəccübləndirdi – VİDEO

ABŞ Prezidenti Co Bayden bu yaxınlarda Fransa prezidenti Fransua Mitteranla (1996-cı ildə vəfat edib) danışdığını bildirib.

Globalinfo.az bildirir ki, “Mən oturdum və dedim ki, Amerika qayıtdı. Almaniyadan olan Mitteran – Fransadan nəzərdə tuturdum – mənə baxıb soruşdu: “Yaxşı, o, nə qədər vaxtdır qayıdıb?” – deyə ABŞ rəhbəri Las-Veqasda seçicilərlə görüşündə deyib.

Jurnalistlər ehtimal ediblər ki, Bayden Böyük Britaniyada keçirilən G7 sammiti çərçivəsində Fransanın hazırkı rəhbəri Emmanuel Makronla görüşünü nəzərdə tutub.

Xatırladaq ki, ABŞ Prezidenti Co Bayden əvvəllər də qəribə hərəkətləri ilə gündəm olub. Belə ki, Şimali Karolinada keçirilən tədbirdə Ağ Ev rəhbəri əvvəl görünməz birinin əlini sıxıb, sonra orada olmayan konqresmenlə “şəkil çəkdirib”.