Bayden və Zelenski 10 illik təhlükəsizlik müqaviləsi imzaladı

Bayden və Zelenski ABŞ və Ukrayna arasında təhlükəsizlik sazişi imzalayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə “Royters” xəbər agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, ABŞ Prezidenti Co Bayden və Ukrayna Prezidenti Volodimir Zelenski iki ölkə arasında 10 illik təhlükəsizlik sazişi imzalayıb.

Sazişin mətninə nəzər yetirdikdə, orada bir çox vacib məqamların yer aldığı məlum olur.

Belə ki, Bayden və Zelenski arasında imzalanan saziş Ukraynanın NATO-ya üzvlüyü məsələsində mühüm rol oynayacaq. Eyni zamanda Kiyevə qarşı hücumlar fonunda Ukrayna və ABŞ-ın yüksək vəzifəli rəsmiləri cavab tədbirləri ilə bağlı məsləhətləşmələr apara biləcəklər. Bundan əlavə təhlükə yaranarsa, o zaman tərəflər bunun aradan qaldırılmasını müəyyən etmək üçün 24 saat ərzində görüşəcəklər.

Müşviq Tofiqoğlu
Globalinfo.az