Bayden və Makron razılığa gəldi: Rusiya aktivləri belə bölüşdürüldü

ABŞ Prezidenti Co Bayden və Fransa lideri Emmanuel Makron Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin Ukraynanın maraqları naminə istifadəsi ilə bağlı razılığa gəliblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Qeyd olunub ki, liderlər həmçinin G7 və Aİ çərçivəsində gəlirlərin köçürülməsi üçün səyləri dəstəkləməyə söz veriblər.

Qeyd edək ki, Bayden və Makron ötən gün Parisdə görüş keçiriblər.